AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentdən Qarabağ Zəfəri və Zəngəzur dəhlizi ilə bağlı açıqlama

  • + A
  • - A
  • Bu gün, 10:53

    Prezidentdən Qarabağ Zəfəri və Zəngəzur dəhlizi ilə bağlı açıqlama


    Qarabağda əldə olunan Zəfər regionda yeni geosiyasi reallığın formalaşmasına səbəb olub və Zəngəzur dəhlizinin reallaşdırılması üçün zəmin yaradıb.

    Azərbaycan Prezidenti İlham Əliyev bunu Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciətində qeyd edib.

    Prezident müraciətində Qarabağ Zəfərinin Azərbaycan xalqı üçün ümumi fəxr və qürur mənbəyi olduğunu vurğulayıb.

    “Bu Zəfər, eyni zamanda, ölkələrimizi iqtisadi, logistik və strateji cəhətdən bir-birinə bağlayan tarixi bir qapının – Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı”, - deyə dövlət başçısı bildirib.

    İlham Əliyev işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasına göstərilən dəstəyə görə müvafiq ölkələrə minnətdarlığını ifadə edib.

    “Bu təşəbbüslər Azərbaycan xalqı tərəfindən dərin rəğbət və minnətdarlıq hissi ilə qarşılanır”, - müraciətdə deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR