DİN-dən Zəfər tariximizlə bağlı paylaşım

Daxili İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə bağlı paylaşım edib.
Nazirliyin sosial şəbəkə hesabında yayımlanan paylaşımda bildirilib ki, 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri bu tarixi prosesin mühüm mərhələlərindən olub.
Qeyd edilib ki, döyüşlər zamanı DİN-in hərbi qulluqçuları və polis əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıq, cəsarət və fədakarlıqla yerinə yetiriblər.
“Şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların əzmkarlığı Azərbaycanın Zəfər salnaməsində əbədi yer tutur”, - deyə paylaşımda vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.