AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş prokuror UNODC rəsmisi ilə görüşüb

  • + A
  • - A
  • Bu gün, 16:19

    Baş prokuror UNODC rəsmisi ilə görüşüb

    Baş prokuror Kamran Əliyev BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Terrorçuluğun qarşısının alınması şöbəsinin (TPB) rəhbəri Roberto Arbitrionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Baş prokuror qonaqları salamlayaraq, Roberto Arbitrionun sentyabrın 21-23-də keçirilən IV Bakı Təhlükəsizlik Forumunda iştirak məqsədilə Azərbaycana səfərinin əhəmiyyətini qeyd edib. K.Əliyev səfərin Baş Prokurorluqla UNODC, xüsusilə Terrorçuluğun qarşısının alınması şöbəsi arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

    Baş prokuror Azərbaycanın strateji coğrafi mövqeyinin ölkəni transmilli təhdidlərə qarşı mübarizədə mühüm tərəfdaşa çevirdiyini qeyd edib. Azərbaycanın Orta Dəhliz boyunca təhlükəsizliyin təmin olunması, korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə istiqamətində müxtəlif təşəbbüs və layihələrdə fəal iştirak etdiyi vurğulanıb.

    Görüşdə son illərdə Azərbaycan Baş Prokurorluğu ilə UNODC arasında formalaşmış səmərəli əməkdaşlıqdan bəhs olunub.

    Bu çərçivədə 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 zamanı “İqlim fəaliyyəti naminə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda Yüksək Səviyyəli Plenar Sessiyanın uğurlu təşkili xatırlanıb.

    Həmçinin 2025-ci il mayın 20-23-də Bakıda 92 ölkədən 120-dən çox dövlət qurumunun 300-dən artıq nümayəndəsinin iştirakı ilə BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin (GlobE Network) VI Plenar İclasının keçirilməsi tərəfdaşlığın mühüm nümunəsi kimi qeyd edilib.

    Görüşdə terrorçuluqla bağlı yeni təhdidlər, terrorçuluğun maliyyələşdirilməsi, terrorçuluqla mütəşəkkil cinayətkarlıq arasındakı əlaqələr, kritik infrastrukturun mühafizəsi, yeni texnologiya və virtual aktivlərdən terror məqsədləri ilə istifadənin qarşısının alınması istiqamətlərində əməkdaşlıq imkanları müzakirə olunub.

    K.Əliyev sentyabrın 26-dan oktyabrın 1-dək Əbu-Dabidə keçiriləcək BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresinin əhəmiyyətini də qeyd edib. Bildirilib ki, Konqres çərçivəsində keçiriləcək birgə tədbirlərlə bağlı Azərbaycan prokurorluq orqanları ilə UNODC arasında əlaqələndirmə aparılır.

    Görüşdə Azərbaycan Baş Prokurorluğunun terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə, ekoloji cinayətlərin qarşısının alınması və cinayət ədliyyəsi sahələrində UNODC ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğu vurğulanıb.

    Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR