AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev yeni təhlükəsizlik təhdidlərindən danışıb

  • + A
  • - A
  • Bu gün, 13:25

    İlham Əliyev yeni təhlükəsizlik təhdidlərindən danışıb

    Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

    Müraciətdə bildirilib ki, Bakı Təhlükəsizlik Forumu müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələri arasında fikir mübadiləsi və əməkdaşlığın inkişafı üçün mühüm imkan yaradır.

    Prezident dünyada sürətli və mürəkkəb dəyişikliklərin baş verdiyini, geosiyasi rəqabətin kəskinləşməsinin və müxtəlif regionlarda davam edən münaqişələrin qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərdiyini qeyd edib.

    Dövlət başçısı terrorçuluq və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, kibercinayətkarlıq və digər transsərhəd təhdidlərin mürəkkəbləşdiyini vurğulayıb.

    İlham Əliyev müasir texnologiyaların və süni intellektin bədniyyətli istifadəsinin terrorçuluğun fəaliyyət imkanlarını genişləndirə bildiyini bildirib.

    Prezident təhlükəsizlik risklərinin əvvəlcədən müəyyənləşdirilməsi, dövlətlər arasında qarşılıqlı etimadın artırılması və təhlükəsizlik orqanları arasında məlumat mübadiləsinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

    Müraciətdə Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına, dövlətlər arasında etimadın möhkəmləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə önəm verdiyi qeyd olunub.

    İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun müasir təhlükəsizlik çağırışlarının müzakirəsinə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR