AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident işğal dövründə Azərbaycanın resurslarının talan edildiyini bildirib

  • + A
  • - A
  • Bu gün, 15:33

    Prezident işğal dövründə Azərbaycanın resurslarının talan edildiyini bildirib

    “Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib”.

    Qafqazinfo xəbər verir ki, bunu Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib.

    Dövlət başçısı qeyd edib ki, sovet vaxtında aşkar edilmiş bir çox yataq işğal altında olan bölgələrdə yerləşib. Ermənistanın işğal dövründə Azərbaycanın təbii resurslarını taladığını vurğulayıb.

    İlham Əliyev bildirib ki, Kəlbəcər, Laçın və Zəngilan rayonlarında işğal dövründə 60 min hektar meşə fondu məhv edilib, ağaclar kəsilib və satılıb.

    Prezident, həmçinin Ermənistan silahlı qüvvələrinin İkinci Qarabağ müharibəsindən sonra Kəlbəcər və Laçın rayonlarından çıxarılması zamanı ərazilərdə meşələrin məhv edildiyini və müxtəlif əmlakların aparıldığını söyləyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR