AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Metal filizləri üzrə yeni Dövlət Proqramı təsdiqləndi

  • + A
  • - A
  • Bu gün, 10:46

    Metal filizləri üzrə yeni Dövlət Proqramı təsdiqləndi

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramının təsdiq edilməsi ilə bağlı Sərəncam imzalayıb.

    Sərəncamla müvafiq Dövlət Proqramı təsdiq olunub.

    Nazirlər Kabineti proqramda nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirəcək. Həmçinin proqramın icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat təqdim ediləcək.

    Dövlət Proqramının icrasının monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.

    Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi proqramda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının hazırlanması zamanı zəruri maliyyə vəsaitinin nəzərdə tutulması ilə bağlı tədbirlər görəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR