AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabiq gömrük rəisinin pensiyası bərpa olunacaq

  • + A
  • - A
  • Bu gün, 11:49

    Sabiq gömrük rəisinin pensiyası bərpa olunacaq

    Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin sabiq rəisi, polkovnik Fərhad Babayev pensiyasının dayandırılması ilə bağlı məhkəməyə müraciət edib.

    Bakı İnzibati Məhkəməsi onun iddiasını təmin edib.

    Məlumata görə, F.Babayev 2022-ci ildə vəzifəsindən azad edildikdən sonra vergi və gömrük orqanlarında xidmət etdiyi illər nəzərə alınaraq xüsusi rütbəli şəxs kimi aylıq 5 840 manat güzəştli pensiya ilə təmin edilib.

    DSMF-nin sonrakı araşdırması zamanı onun xidmət illərinin 6 il 6 ay 2 günlük hissəsinin hərbi qulluqçu statusuna aid olduğu, digər müddətin isə dövlət qulluğu stajı hesab edildiyi müəyyənləşdirilib.

    Bunun əsasında pensiya təyinatı ləğv edilib və əvvəl ödənilmiş 98 min manatın geri qaytarılması tələb olunub.

    F.Babayev qərarın ləğvi və əvvəlki pensiya hesablanması qaydasının bərpası üçün məhkəməyə müraciət edib.

    Məhkəmə pensiyanın dayandırılmasını qanunsuz hesab edib. Qərara əsasən, F.Babayevin əvvəlki pensiya hesablanması qaydası bərpa olunmalı və ödənilməmiş məbləğ ona ödənilməlidir.

    Qeyd edək ki, Fərhad Babayev DGK-nin keçmiş sədri Səfər Mehdiyevin tələbə yoldaşı olub. S.Mehdiyev 2022-ci ildə DGK sədri vəzifəsindən azad edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR