Tramp Hacıyevin müsahibəsini paylaşdı

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Newsmax”a müsahibəsini paylaşıb.
Tramp müsahibəni “Truth Social” hesabında “Azərbaycanın Hacıyevi Newsmax-a: Tramp sülh qurucusudur, İranla razılaşma mümkündür” başlığı ilə təqdim edib.
Qeyd edək ki, Hikmət Hacıyev müsahibəsində ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasında sülh prosesində oynadığı rola toxunub.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.