AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pezeşkianın çıxışı ilə bağlı yalan məlumat yayıldı

  • + A
  • - A
  • Bu gün, 12:58

    Pezeşkianın çıxışı ilə bağlı yalan məlumat yayıldı

    İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin iclas zalında olmadığı barədə yayılan məlumatlar doğru deyil.

    Sosial şəbəkələrdə Pezeşkianın çıxışı zamanı bir sıra ölkələrin nümayəndə heyətlərinin zalı tərk etdiyi, onların arasında Azərbaycanın da olduğu barədə iddialar yayılıb.

    Lakin sentyabrın 23-də keçirilən çıxış zamanı Azərbaycan nümayəndə heyətinin iclas zalında olduğu bildirilir.

    Açıq mənbələrdə yayılan məlumatlara görə, Pezeşkianın çıxışı zamanı zalı tərk edən tərəf ABŞ nümayəndəsi olub. İsrail nümayəndə heyətinin isə İran Prezidentinin çıxışında iştirak etmədiyi qeyd edilib.

    Bu səbəbdən Azərbaycan nümayəndə heyətinin Pezeşkianın çıxışı zamanı zalı tərk etməsi barədə məlumatlar həqiqəti əks etdirmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR