AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyevdən investisiya forumunda mühüm mesaj

  • + A
  • - A
  • Bu gün, 12:10

    İlham Əliyevdən investisiya forumunda mühüm mesaj

    Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

    Dövlət başçısının müraciətini Baş nazirin müavini Samir Şərifov səsləndirib.

    İlham Əliyev müraciətində Azərbaycanın sabit və proqnozlaşdırılan biznes mühiti formalaşdırdığını bildirib.

    Prezident qeyd edib ki, ölkənin strateji coğrafi mövqeyi, nəqliyyat dəhlizləri və müasir infrastrukturu investisiya imkanlarını genişləndirir.

    Müraciətdə Azərbaycanın qeyri-neft sektorunun inkişafına, bərpa olunan enerjiyə, rəqəmsal texnologiyalara, logistika və sənayeyə, həmçinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrə xüsusi önəm verildiyi vurğulanıb.

    İlham Əliyev Forum çərçivəsində yeni investisiya layihələrinin və uzunmüddətli tərəfdaşlıqların yaranacağına ümid etdiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR