Prokurorluq əməkdaşları ağac əkib

Prokurorluq əməkdaşları peşə bayramı münasibətilə ağacəkmə kampaniyası keçiriblər.
Tədbir milli prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü və 1 oktyabr – Prokurorluq İşçilərinin Peşə Bayramı Günü münasibətilə təşkil olunub.
Kampaniyada prokurorluq əməkdaşları, veteranlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və əməkdaşları, eləcə də könüllülər iştirak ediblər.
Abşeron yarımadası və Naxçıvan Muxtar Respublikasında 1200-dən çox zeytun və Eldar şamı ağacı əkilib.
Tədbirdən sonra Baş prokuror Kamran Əliyev prokurorluğun veteranları ilə görüşüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.