İlham Əliyev: “Risklər investisiyalar üçün fürsətdir”

Prezident Azərbaycanın enerji potensialından danışıb
“Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir. Bu da yerli və xarici investisiyalar üçün gözəl bir fürsətdir”.
Qafqazinfo xəbər verir ki, bunu Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın güclü elektrik enerjisi potensialı mövcuddur. Onun sözlərinə görə, bu potensialdan həm ölkə daxilində süni intellekt və data mərkəzlərinin yaradılmasında istifadə etmək, həm də elektrik enerjisini ixrac etmək imkanları nəzərdən keçirilir.
“İlk növbədə, biz bunu daxildə necə istifadə edək, süni intellekt üçün, data mərkəzlərinin yaradılması üçün. İkincisi, biz bunu necə ixrac edək”, - deyə Prezident əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.