İlham Əliyev: “Elektrik enerjisinin iri ixracatçısına çevrilmək istəyirik”

Prezident Avropa bazarına çıxışın genişləndirilməsindən danışıb
Azərbaycan elektrik enerjisinin iri ixracatçısına çevrilməyi hədəfləyir.
Prezident İlham Əliyev bunu II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə deyib.
“Biz çox etibarlı elektrik enerjisi təchizatçısı olmaq istəyirik”, - deyə dövlət başçısı bildirib.
İlham Əliyev Azərbaycanın neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və gübrə ixrac etdiyini qeyd edərək, elektrik enerjisinin də xüsusilə Avropa bazarına ixracını artırmaq istədiklərini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.