Sərəncamı Prezident İlham Əliyev imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayevə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavinləri Emin Mürsəliyev və Asəf Sarıkişiyev III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi alıblar.
Hərbi prokurorun müavini Nihad Şıxəliyevə isə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.