Prokurorluq əməkdaşlarına medallar verilib

Prezident İlham Əliyev Sərəncam imzalayıb
Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşı medallarla təltif olunub.
Prezident İlham Əliyevin Sərəncamı ilə xidməti vəzifələrini yerinə yetirərkən fərqlənən əməkdaşlara “Tərəqqi” və “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalları verilib.
Sərəncama əsasən, 4 əməkdaş “Tərəqqi” medalı ilə, 18 əməkdaş isə “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Təltif olunanlar arasında prokurorluğun müxtəlif struktur bölmələrində xidmət edən əməkdaşlar yer alır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.