AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident “ADEX 2026” iştirakçılarını salamladı

  • + A
  • - A
  • Bu gün, 10:35

    Prezident “ADEX 2026” iştirakçılarını salamladı

    Prezident İlham Əliyev “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət edib.

    Dövlət başçısı sərgilərin açılışı münasibətilə iştirakçıları və qonaqları təbrik edib.

    Müraciətdə “ADEX” sərgisinin regionun mühüm müdafiə sənayesi platformalarından birinə çevrildiyi bildirilib. Qeyd olunub ki, tədbirə marağın artması və müxtəlif ölkələrin aparıcı şirkətlərinin iştirakı onun beynəlxalq əhəmiyyətini artırır.

    Bildirilib ki, sərgidə müdafiə sənayesində tətbiq olunan müasir texnologiyalar, silah sistemləri, hərbi texnika və innovativ həllər təqdim olunur, yeni əməkdaşlıq imkanları müzakirə edilir.

    Prezident Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkənin müdafiə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyaraq istehsal imkanlarını genişləndirib.

    Müraciətdə yerli müəssisələrdə istehsal olunan müdafiə təyinatlı məhsulların Silahlı Qüvvələrin təchizatında mühüm rol oynadığı və beynəlxalq bazarlarda da maraqla qarşılandığı qeyd edilib.

    İlham Əliyev “Securex Caspian” sərgisinin təhlükəsizlik, mühafizə və xilasetmə sahələrində qabaqcıl texnologiyaların nümayişi baxımından əhəmiyyətini də vurğulayıb.

    Prezident sərgilərin yeni işgüzar əlaqələrin yaradılmasına və hərbi-texniki tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR