AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatdan İlqar Hacıyevlə bağlı açıqlama

  • + A
  • - A
  • Bu gün, 13:56

    Deputatdan İlqar Hacıyevlə bağlı açıqlama

    “Belələri Azərbaycana gətirilməlidir”

    Deputat Siyavuş Novruzov Milli Məclisin payız sessiyasının ilk plenar iclasında İlqar Hacıyevin fəaliyyətinə dair fikirlər səsləndirib.

    O bildirib ki, İ.Hacıyev hazırda ABŞ-nin Kaliforniya ştatında yaşayır və Azərbaycan əleyhinə çıxışlar edir.

    “Vaxtilə “Akkord”u dağıdıb, oradan pul oğurlayıb vergidən yayınan İlqar Hacıyev var. Erməni kilsəsində oturub moizə oxuyur”, – deyə S.Novruzov bildirib.

    Deputat qeyd edib ki, bu şəxslərin Azərbaycana gətirilməsi və hüquqi müstəvidə məsuliyyətə cəlb olunması təmin edilməlidir.

    “Onlar hüququn, qanunun aliliyi ilə öz cəzalarına çatmalıdır ki, başqalarına nümunə olsun”, – deyə deputat əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR