AQEM-də Azərbaycanın sədrliyi ilə bağlı panel keçirilib

Bakıdakı forumda təşkilatın gələcək inkişafı müzakirə olunub
Bakıda keçirilən AQEM Media Forumunda Azərbaycanın sədrliyi dövründə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
“Azərbaycan sədrliyi: Təşəbbüslər, Əməkdaşlıq, Nəticələr” adlı panel sessiyasına “ANEWZ” beynəlxalq xəbər telekanalının baş redaktor müavini Orxan Amaşov moderatorluq edib.
Saməddin Əsədov bildirib ki, Azərbaycan sədrliyi çərçivəsində iqtisadi inkişaf, rəqəmsal sistemlər, nəqliyyat və ekoloji dayanıqlılıq üzrə əməkdaşlığa xüsusi diqqət yetirilib. Onun sözlərinə görə, rəqəmsal transformasiya sahəsində yeni təlim proqramları da həyata keçiriləcək.
Sədaqət Qəhrəmanova medianın etibarlı informasiyanın yayılması və ictimai dəyərlərin formalaşmasında rolunu qeyd edib.
Mehmet Danış Türkiyənin AQEM-in beynəlxalq təşkilata çevrilməsini dəstəklədiyini bildirib. O, mövcud qlobal çağırışlar fonunda AQEM-in əhəmiyyətinin artdığını vurğulayıb.
Fərhad Məmmədov isə Azərbaycanın sədrliyi dövründə AQEM-in institusional inkişafı istiqamətində təşəbbüslərin irəli sürüldüyünü deyib.
Panel müzakirələrlə başa çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.