AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Euronews Bakı Forumundan reportaj yayımlayıb

  • + A
  • - A
  • Bu gün, 13:38

    Euronews Bakı Forumundan reportaj yayımlayıb

    Kanal tədbirdən eksklüziv görüntülər təqdim edib

    “Euronews” telekanalı Bakıda keçirilən Təhlükəsizlik Forumundan reportaj hazırlayıb və tədbirdən eksklüziv görüntülər yayımlayıb.

    Reportajda qeyd olunub ki, Bakı Təhlükəsizlik Forumu terrorizmlə mübarizə və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etmək məqsədilə müxtəlif ölkələrin təhlükəsizlik və kəşfiyyat rəsmilərini bir araya gətirib.

    Bildirilib ki, təhlükəsizlik təhdidlərinin milli sərhədləri aşması terrorizm, kibertəhlükələr və digər çağırışlarla mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini artırır.

    Reportajda iştirakçıların terrorizmə qarşı mübarizə, kibertəhlükələr, eləcə də terror şəbəkələrinin texnologiyalardan istifadəsi və sərhədlərarası fəaliyyəti barədə fikir mübadiləsi apardıqları vurğulanıb.

    Həmçinin Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin, qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyən etdiyi qeyd olunub.

    [video=]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR