AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyevdən Si Cinpinə təbrik

  • + A
  • - A
  • Bu gün, 13:45

    İlham Əliyevdən Si Cinpinə təbrik

    Azərbaycan Prezidenti Çin xalqına rifah və firavanlıq arzulayıb

    Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə Milli Gün münasibətilə təbrik məktubu ünvanlayıb.

    Dövlət başçısı məktubunda Si Cinpini və Çin xalqını 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə təbrik edib.

    İlham Əliyev Çinin əldə etdiyi iqtisadi, sosial və texnoloji nailiyyətləri qeyd edib, ölkənin beynəlxalq müstəvidə nüfuzlu güc mərkəzinə çevrildiyini bildirib.

    Məktubda Azərbaycan-Çin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. İki ölkə arasında siyasi dialoqun, qarşılıqlı etimadın və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdiyi bildirilib.

    Qeyd olunub ki, iqtisadi-ticari əlaqələrlə yanaşı, nəqliyyat-logistika, enerji, investisiya, kənd təsərrüfatı və humanitar sahələrdə də əməkdaşlıq genişlənir.

    Prezident “Kəmər və yol” təşəbbüsü və Orta Dəhliz çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunub.

    Məktubda Azərbaycanın bərpaolunan enerji sahəsində Çin şirkətləri ilə əməkdaşlığı, o cümlədən “Universal Energy” şirkətinin inşa etdiyi “Qobustan” Günəş Elektrik Stansiyası da qeyd edilib.

    İlham Əliyev Azərbaycan-Çin dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib, Si Cinpinə möhkəm cansağlığı və fəaliyyətində uğurlar, Çin xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR