AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ramiz Mehdiyev məhkəməyə gəlməsə nə baş verəcək?

  • + A
  • - A
  • Bu gün, 15:21

    Ramiz Mehdiyev məhkəməyə gəlməsə nə baş verəcək?

    Hüquqşünas qanundakı mümkün tədbirləri açıqladı

    Ramiz Mehdiyevin oktyabrın 5-də keçiriləcək məhkəmə iclasında iştirak edib-etməyəcəyi məlum deyil.

    Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun və sabiq köməkçisi Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev səhhəti ilə bağlı səbəbdən iclasda iştirak etməyib.

    İş məhkəmə baxışına verilib. Növbəti iclas hakim Murad Aslanovun sədrliyi ilə oktyabrın 5-də keçiriləcək.

    Modern.az-a açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, Cinayət-Prosessual Məcəllənin 311.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs məhkəmə baxışının bütün iclaslarında iştirak etməlidir.

    Onun sözlərinə görə, şəxsin iştirakı olmadan məhkəmə baxışı yalnız müəyyən hallarda mümkündür. Təqsirləndirilən şəxsin ölkə hüdudlarından kənarda olması və məhkəməyə gəlməkdən qəsdən boyun qaçırması belə hallardan biridir.

    Ə.Nuriyev bildirib ki, səhhət vəziyyəti məhkəməyə gəlməyə əsaslı maneə yaradırsa, bu hal üzrlü səbəb kimi qiymətləndirilə və iclas təxirə salına bilər.

    Üzrlü səbəb olmadan məhkəməyə gəlmədiyi halda isə təqsirləndirilən şəxsin məcburi gətirilməsi barədə qərar qəbul edilə bilər. Qanunda nəzərdə tutulan əsaslar olduqda qətimkan tədbirinin seçilməsi və ya daha ağır tədbirlə əvəz edilməsi də mümkündür.

    Hüquqşünas vurğulayıb ki, məhkəmə iclasında iştirak etməmək avtomatik olaraq bu tədbirlərin tətbiqinə səbəb olmur. Məsələ konkret hallar nəzərə alınmaqla məhkəmə tərəfindən qiymətləndirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR