AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“T-Kredit”ə verilən lisenziya ləğv olundu

  • + A
  • - A
  • Bu gün, 15:47

    “T-Kredit”ə verilən lisenziya ləğv olundu

    BOKT “Bank BTB”nin bazasında yaradılmışdı

    “T-Kredit” BOKT MMC-nin lisenziyası ləğv edilib.

    Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, təşkilata 28 iyul 2026-cı ildə verilmiş BKT-51 nömrəli lisenziyanın qüvvəsinə xitam verilib.

    “T-Kredit” “Bank BTB” ASC-nin təşkilati-hüquqi formasının dəyişdirilməsi yolu ilə BOKT kimi fəaliyyətə başlayıb. “Bank BTB”nin lisenziyası isə iyulun 27-də ləğv edilmişdi.

    Qeyd edək ki, “Bank BTB”nin səhmlərinin 76,7 faizi Nigar Mehdiyevaya, 17,7 faizi Rza Sadığa, 5,6 faizi isə Tükəzban Mahmudovaya məxsus olub.

    Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir.

    Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında cinayət işi başlanıb. O, bir sıra ağır cinayətlərdə ittiham olunub. Hazırda iş üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.

    Bundan başqa, Mərkəzi Bankın eyni qərarı ilə “Fintrend” BOKT-un lisenziyası da ləğv edilib. Buna səbəb prudensial tələblərə riayət edilməməsi və Mərkəzi Banka təhrif olunmuş hesabatların təqdim olunması olub.

    Qanunvericiliyə əsasən, lisenziyanın ləğvi barədə qərar qüvvəyə mindikdən sonra BOKT fəaliyyətini dayandırır və müəyyən edilmiş qaydada ləğv edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR