Qəzənfər Abdullayevlə bağlı yeni iddia

Keçmiş deputatın həbs ediləcəyi bildirilir
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sabiq sədri, keçmiş deputat Qəzənfər Abdullayevlə bağlı yeni iddia yayılıb.
İddialara görə, onun yaxın günlərdə həbs ediləcəyi gözlənilir.
Qeyd edək ki, ötən gün Qəzənfər Abdullayevin deputat mandatına xitam verilib. Bundan əvvəl isə o, Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən istefa verib.
Mediada onun fəaliyyəti və əmlakları ilə bağlı müxtəlif məlumatların yayılmasından sonra Abdullayevin hüquq-mühafizə orqanlarının diqqətində olduğu və barəsində cinayət işi başlana biləcəyi iddia olunur.
Hazırda bu məlumatlar rəsmi olaraq təsdiqlənməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.