AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Türk dövlətləri ilə əməkdaşlığı gücləndirir

  • + A
  • - A
  • Bu gün, 10:02

    Azərbaycan Türk dövlətləri ilə əməkdaşlığı gücləndirir

    XİN-dən Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım

    Azərbaycan qardaş türk dövlətləri ilə birlikdə Türk dünyasının birliyinin və həmrəyliyinin möhkəmləndirilməsinə çalışır.

    Bu barədə Azərbaycan XİN-in Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə “X” hesabında paylaşdığı məlumatda bildirilib.

    Nazirlik qeyd edib ki, Naxçıvan Sazişi əsasında yaradılan Türk Dövlətləri Təşkilatı ortaq kök, dil, tarix və mədəni dəyərlərə malik dövlətlər arasında strateji tərəfdaşlığın mühüm rəmzidir.

    Paylaşımda Azərbaycanın əməkdaşlığın genişləndirilməsinə və ortaq gələcəyin gücləndirilməsinə sadiq olduğu vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR