AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ramiz Mehdiyevin məhkəməsi başlayır

  • + A
  • - A
  • Bu gün, 11:03

    Ramiz Mehdiyevin məhkəməsi başlayır

    Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq

    Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə məhkəmə istintaqına bu gün başlanılır.

    İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. Məhkəmə kollegiyasının digər üzvləri Firdovsi Əliyev və Namiq Kərimovdur.

    Bu gün keçiriləcək iclasda ittiham aktının elan olunması və təqsirləndirilən şəxslərin ifadələrinin dinlənilməsinə başlanması gözlənilir.

    Məhkəmənin hazırlıq iclası sentyabrın 21-də keçirilib. Cinayət işi üzrə ibtidai istintaq DTX-nın İstintaq Baş İdarəsi tərəfindən aparılıb.

    Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri ilə ittiham edilir.

    Cinayət işi çərçivəsində AXCP sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində də cinayət işi başlanılıb. Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

    Əli Kərimli və Məmməd İbrahimlinin cinayət işi ayrıca icraata götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR