AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pirallahıda dərman zavodu açıldı

  • + A
  • - A
  • Bu gün, 11:21

    Pirallahıda dərman zavodu açıldı

    Müəssisədə 500-dən çox preparatın lokallaşdırılması planlaşdırılır

    Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.

    İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verib.

    Bildirilib ki, 2016-cı ildə yaradılan Pirallahı Sənaye Parkında 6 rezident qeydiyyatdan keçib. Parkın əsas fəaliyyət istiqamətlərindən biri əczaçılıq sənayesinin inkişaf etdirilməsi və yerli dərman istehsalının artırılmasıdır.

    “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin təsisçisi Abidin Gülmüş müəssisənin imkanları barədə məlumat verib.

    Qeyd olunub ki, ümumi dəyəri 113,9 milyon manat olan layihə çərçivəsində 5,2 hektar ərazidə istehsal müəssisəsi yaradılıb. Zavodun illik istehsal gücü 60 milyon qutu, yaxud 2,5 milyard tablet və kapsuldur.

    Müəssisədə kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici və antibiotik preparatları istehsal olunacaq.

    Növbəti 5 il ərzində 500-dən çox preparatın istehsalının lokallaşdırılması, daxili tələbatın daha çox yerli istehsal hesabına qarşılanması və ixrac imkanlarının genişləndirilməsi planlaşdırılır.

    Müəssisədə 178 nəfər işlə təmin ediləcək. Burada Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün tədris bazası da yaradılıb.
















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR