Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb

Nazir Avazada keçiriləcək toplantılarda iştirak edəcək
Xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində onun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında, eləcə də Mərkəzi Asiya dövlətləri və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin müşavirəsində iştirak edərək çıxış etməsi nəzərdə tutulur.
Bundan əlavə, Ceyhun Bayramovun səfər çərçivəsində yüksəksəviyyəli bir sıra görüşlər keçirməsi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.