AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əli Nağıyev itkinlərin taleyi ilə bağlı Ermənistana çağırış edib

  • + A
  • - A
  • Bu gün, 12:15

    Əli Nağıyev itkinlərin taleyi ilə bağlı Ermənistana çağırış edib

    Azərbaycan tərəfi DNT nümunələrinin təqdim olunmasını təklif edib

    Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində Ermənistanla əməkdaşlığın vacibliyini qeyd edib.

    O, “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”da bildirib ki, Azərbaycan azad edilmiş ərazilərdə aşkarlanan və Ermənistan hərbçilərinə aid olduğu ehtimal edilən qalıqların eyniləşdirilməsi üçün DNT nümunələrinin təqdim olunmasını təklif edib.

    Ə.Nağıyev qeyd edib ki, Ermənistan tərəfindən 2026-cı ilin yanvarında təqdim olunan 50 erməniəsilli itkin şəxsin DNT profilləri ilə aşkarlanmış qalıqlar arasında uyğunluq müəyyən edilməyib.

    O bildirib ki, Dövlət Komissiyası 2025-ci ilin fevralından Ermənistanın aidiyyəti komissiyası ilə birbaşa təmaslar qurub və məlumat mübadiləsi aparıb.

    Ə.Nağıyevin sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanıldığı bildirilən 834 Azərbaycan vətəndaşının siyahısı, o cümlədən 104 nəfər barədə ətraflı məlumat qarşı tərəfə təqdim olunub.

    Bundan başqa, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyatında olan 54 Azərbaycan vətəndaşı barədə məlumatın da qarşı tərəfə verildiyi bildirilib. Onlardan 17 nəfərin meyiti qaytarılıb, saxlanma yerlərində öldüyü bildirilən 33 nəfərin meyiti qaytarılmayıb, 4 nəfərin taleyi isə hələ də məlum deyil.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR