Regional əməkdaşlıq üçün yeni imkanlar

Sərdar Berdiməhəmmədov: Mərkəzi Asiya və Azərbaycanın rolu artır
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji inkişaf mərkəzləri kimi əhəmiyyətinin artdığını bildirib.
Türkmənistan Prezidenti bu fikirləri Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün açılış mərasimində səsləndirib.
O bildirib ki, iqtisadiyyatların dinamik inkişafı, şaxələndirilməsi və texnoloji imkanların artırılması ölkələr arasında qarşılıqlı faydalı biznes tərəfdaşlığının genişləndirilməsi üçün əlverişli şərait yaradır.
Sərdar Berdiməhəmmədovun sözlərinə görə, Mərkəzi Asiya və Azərbaycanın artan logistika və enerji potensialı Asiya və Avropadakı tərəfdaşlarla əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır.
Türkmənistan Prezidenti, həmçinin ortaq mənəvi və mədəni dəyərlərə əsaslanan əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.