Trampın Nobelə namizədliyi ilə bağlı paylaşım

İlham Əliyev ABŞ prezidentinin sülh səylərini yüksək qiymətləndirib
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasındakı rolunu yüksək qiymətləndirib.
Dövlət başçısı bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
İlham Əliyev xatırladıb ki, Donald Tramp 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Zirvəsində Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında tarixi rol oynayıb.
Prezidentin bildirdiyinə görə, Trampın sülh prosesinə verdiyi töhfələrin tanınması məqsədilə Azərbaycan və Ermənistan onun təşəbbüsü ilə ABŞ prezidentini Nobel Sülh Mükafatına birgə namizəd göstəriblər.
İlham Əliyev Trampın regionda davamlı sülhün təmin olunması üçün göstərdiyi səylərin builki Nobel Sülh Mükafatı qərarında layiqincə qiymətləndiriləcəyinə ümid etdiyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.