AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kamboca Baş naziri Bakıya səfər edib

  • + A
  • - A
  • Bu gün, 10:59

    Kamboca Baş naziri Bakıya səfər edib

    Hun Manet və xanımı hava limanında qarşılanıblar

    Kamboca Krallığının Baş naziri Hun Manet oktyabrın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda Kamboca hökumətinin başçısının şərəfinə rəsmi qarşılama mərasimi təşkil olunub. Aeroport ərazisində hər iki dövlətin bayraqları dalğalanıb və fəxri qarovul dəstəsi düzülüb.

    Hun Manet və xanımı Piç Çanmonini Azərbaycan Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR