Kamboca Baş naziri Bakıda rəsmi qarşılanıb

Qarşılanma mərasimində dövlət himnləri səsləndirilib
Oktyabrın 12-də Bakıda Kamboca Krallığının Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev Hun Maneti qarşılayıb. Mərasim meydanında hər iki ölkənin dövlət bayraqları dalğalanıb, ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Kamboca Baş nazirinə raport verib, daha sonra Azərbaycan və Kambocanın dövlət himnləri səsləndirilib.
Hərbi marşın müşayiəti ilə fəxri qarovul dəstəsi Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin qarşısından keçib.
Sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Hun Manetə, Kamboca nümayəndə heyətinin üzvləri isə İlham Əliyevə təqdim olunublar.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.