Mətbuat Şurasının yeni rəhbərliyi seçiləcək

Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açılıb. Ardınca ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qurultay nümayəndəsi Seyfəddin Hüseynli iştirakçıların Prezident İlham Əliyevə müraciətini səsləndirib.
Qurultay zamanı Mətbuat Şurasının İdarə Heyətinin üzvləri seçiləcək, həmçinin şuranın yeni sədri müəyyənləşdiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.