Dövlət qulluğu ilə bağlı yeni qaydalar

Vakant vəzifələrə dövlət qulluqçusu olmayan şəxslərin təyin edilməsinə müddət məhdudiyyəti qoyulur
Dövlət qulluqçusu olmayan şəxslərin vakant vəzifələrə təyin edilməsi qaydası dəyişir
Dövlət qulluqçusu hesab olunmayan şəxslərin vakant dövlət qulluğu vəzifələrinin icrasına cəlb edilməsi qaydası dəyişdirilir.
Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsi layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət orqanının rəhbəri vakant vəzifə üzrə qulluq funksiyalarının icrasını həmin vəzifə qanunvericiliklə müəyyən edilmiş qaydada tutulana qədər, bir ildən çox olmayan müddətə əmək müqaviləsi bağlamaqla dövlət qulluqçusu hesab olunmayan şəxsə həvalə edə biləcək.
Bunun üçün vakant vəzifə Məcəllənin tələblərinə uyğun olaraq müsabiqəyə və ya daxili müsahibəyə çıxarılmalı, həmçinin vəzifənin həvalə edilməsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma məlumat verilməlidir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.