Müstəqillikdən suverenliyə

Milli Məclisin sədri Azərbaycanın dövlətçilik tarixinin əsas mərhələlərini açıqlayıb
1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ölkənin tarixində əlamətdar hadisə olub.
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında çıxışı zamanı Azərbaycanın müstəqillik tarixinin mühüm mərhələlərinə toxunub.
O bildirib ki, 1993-cü ilin iyununda Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması dövlətçilik tarixində həlledici rol oynayıb. Həyata keçirilən qətiyyətli tədbirlər ölkənin parçalanmasının qarşısını alıb, ictimai-siyasi sabitliyin bərpasına və dövlət institutlarının möhkəmlənməsinə şərait yaradıb.
S.Qafarova qeyd edib ki, Heydər Əliyevin dövlətçilik strategiyası müstəqilliyin möhkəmləndirilməsinə, ölkənin siyasi, iqtisadi və hüquqi əsaslarının gücləndirilməsinə xidmət edib.
Milli Məclisin sədri İlham Əliyevin prezident seçilməsindən sonra Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başladığını bildirib.
O, 44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatında əldə edilən qələbələri son dövrün ən böyük nailiyyətləri kimi dəyərləndirib. S.Qafarovanın sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası dövlət siyasətinin mühüm nəticəsidir və ölkənin gələcək inkişafı üçün yeni strateji şərait formalaşdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.