Ramiz Mehdiyevin oğlu istintaqa ifadə verib

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində ailə üzvləri də şahid qismində dindirilib.
Gununsesi.info-nun məlumatına görə, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasına qarşı irəli sürülən ittihamlarla bağlı ifadəsi məlum olub.
T.Mehdiyev istintaqa bildirib ki, atası bir sıra xəstəliklərdən əziyyət çəkir və yaddaş pozğunluğu var.
“Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Nə dediyini, hansı hərəkətləri etdiyini anlamırdı. Ona görə də hər hansı məsələ ilə bağlı konkret məlumatım yoxdur”, – deyə o bildirib.
Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini qanunsuz yolla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.
Sabiq PA rəhbəri hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.