AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan antikorrupsiya sahəsində təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşəcək

  • + A
  • - A
  • Bu gün, 09:53

    Azərbaycan antikorrupsiya sahəsində təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşəcək

    Azərbaycan oktyabrın 27–28-də Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünə ev sahibliyi edəcək.

    Baş prokurorun müavini Heydər Məmmədov bildirib ki, tədbirin yüksək səviyyədə təşkili və məzmun baxımından səmərəli keçirilməsi üçün hazırlıq işləri aparılır. Bu məqsədlə Baş Prokurorluq üzrə müvafiq əmrlə Yerli Təşkilat Komitəsi yaradılıb.

    Komitənin fəaliyyət istiqamətlərinə görüşün təşkilinin təmin edilməsi, İƏT üzv dövlətləri arasında antikorrupsiya əməkdaşlığının inkişaf etdirilməsi və Azərbaycanın bu sahədə qazandığı təcrübənin beynəlxalq tərəfdaşlara təqdim olunması daxildir.

    Heydər Məmmədovun sözlərinə görə, tədbirdə İƏT-ə üzv 57 dövlətdən 48-nin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Ümumilikdə, 250-dən çox iştirakçının qatılacağı görüşdə 30 dövlət qurumunun rəhbəri, səfirlər, beş beynəlxalq və regional təşkilatın rəhbər və yüksək vəzifəli nümayəndələri, eləcə də üç müşahidəçi dövlətin təmsilçiləri iştirak edəcəklər.

    Baş prokurorun müavini Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində təcrübəsinə də diqqət çəkib. O qeyd edib ki, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Bakıda keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı, COP29 çərçivəsində yüksəksəviyyəli sessiya və GlobE Şəbəkəsinin Altıncı Plenar İclası ölkənin beynəlxalq əməkdaşlığa verdiyi önəmi nümayiş etdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR