AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan İlham Əliyevə zəng etdi

  • + A
  • - A
  • Bu gün, 22:08

    Ərdoğan İlham Əliyevə zəng etdi

    Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

    Telefon danışığı zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

    Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə yüksələcəyinə əminliyini ifadə edib.

    Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb və İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib.

    Prezident İlham Əliyev telefon zənginə və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə ünvanlanan təbriklərə görə Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

    Dövlətimizin başçısı Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR