AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vanity Fair-dən Cared Kuşnerlə bağlı sensasion iddialar: Azərbaycan bankının da adı çəkilir

  • + A
  • - A
  • Bu gün, 12:34

    Vanity Fair-dən Cared Kuşnerlə bağlı sensasion iddialar: Azərbaycan bankının da adı çəkilir

    ABŞ-nin “Vanity Fair” jurnalında Prezident Donald Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşnerlə bağlı diqqətçəkən iddialar dərc olunub. Məqalədə onun Yaxın Şərqdəki nüfuzlu şəxslərlə yüz milyonlarla dollarlıq gizli maliyyə əməliyyatlarında iştirak edə biləcəyi irəli sürülüb.

    Jurnalın materialında “Şahzadələr və oğrular: Cared Kuşner və Məhəmməd ben Zayedin Yaxın Şərqi yenidən formalaşdırmaq üzrə gizli sövdələşməsi” adlı kitabdan bəzi məlumatlara istinad edilib.

    İddialara əsasən, 2018-ci ildə Niderland kəşfiyyatı Kuşnerin “iPhone X” telefonuna müdaxilə edərək onun Dubaydakı bank hesabları ilə bağlı məlumatları əldə edib. Kitabın müəllifi həmin hesablara Azərbaycanda fəaliyyət göstərən bankdan yüz milyonlarla dollar köçürüldüyünü iddia edib.

    Materialda “First Abu Dhabi Bank”da açıldığı bildirilən “Alfa” adlı hesabda 750 milyon dolların olduğu qeyd edilib. Həmin vəsaitlərin gizli əməliyyatların maliyyələşdirilməsi üçün istifadə oluna biləcəyi irəli sürülüb. Həmçinin BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla əlaqələndirilən 2 milyard dollarlıq maliyyə vəsaitindən bəhs olunub.

    Bununla belə, materialda səsləndirilən iddiaları təsdiqləyən rəsmi sənədlər və bank əməliyyatlarına dair yoxlanıla bilən sübutlar təqdim edilməyib.

    Cared Kuşner isə iddiaları rədd edib. O bildirib ki, müəllifin irəli sürdüyü ittihamlar əsassızdır və onları təsdiqləyən bank çıxarışları, köçürmə qeydləri, hesab nömrələri və əməliyyat tarixləri açıqlanmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR