AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Oqtay Saral vəzifədən ayrıldığını təsdiqlədi: “Heç kimdən incikliyim yoxdur”

  • + A
  • - A
  • Bu gün, 21:30

    Oqtay Saral vəzifədən ayrıldığını təsdiqlədi: “Heç kimdən incikliyim yoxdur”

    Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saral vəzifəsindən ayrıldığını təsdiqləyib.

    Türkiyəli jurnalist Talat Atillanın sözlərinə görə, Saral vəzifədən ayrılması ilə bağlı yayılan məlumatları təsdiqləyərək bildirib ki, qərar Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə qəbul edilib.

    “Bəli. Postlarımızda daimi deyilik. Hörmətli Prezidentimiz məni vəzifəyə gətirdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – Saral deyib.

    Jurnalistin “Azərbaycanla bağlı açıqlamalarınıza görəmi?” sualına isə Oqtay Saral “Bəli, elə görünür” cavabını verib.

    Saral əlavə edib: “Əsas olan Türkiyə Cümhuriyyətidir. Əsas olan hörmətli Prezidentimizin uğurudur”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR