AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycan cəmiyyəti birlik nümayiş etdirir”

  • + A
  • - A
  • Bu gün, 11:54

    “Azərbaycan cəmiyyəti birlik nümayiş etdirir”

    İlham Əliyev milli ideyanın və dövlətçiliyin qorunmasının vacibliyini vurğulayıb

    Prezident İlham Əliyev azərbaycançılıq ideyasının Azərbaycanın bütün xalqlarını birləşdirdiyini bildirib.

    Dövlət başçısı bu fikirləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı səsləndirib.

    Prezidentin sözlərinə görə, Azərbaycanda həmrəylik, qarşılıqlı anlaşma və hörmət yüksək səviyyədədir. Bu birlik Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı zamanı, o cümlədən İkinci Qarabağ müharibəsində də özünü göstərib.

    İlham Əliyev qeyd edib ki, həmin dövrdə bütün etnik qrupların və dinlərin nümayəndələri birləşərək Azərbaycanın qələbəsinə öz töhfələrini veriblər.

    Dövlət başçısı Azərbaycan cəmiyyətinin bu gün də bütün məsələlər üzrə birlik nümayiş etdirdiyini vurğulayıb.

    O, potensial risklərin ölkə hüdudlarından kənardan qaynaqlandığını bildirərək ideoloji risklərin də fiziki risklər qədər təhlükəli olduğunu diqqətə çatdırıb.

    Prezident milli mənsubiyyətin, dövlətçiliyin və müstəqilliyin qorunması üçün daim ayıq-sayıq olmağın vacibliyini qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR