AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev müharibələrin dayandırılması təcrübəsindən danışdı

  • + A
  • - A
  • Bu gün, 12:02

    İlham Əliyev müharibələrin dayandırılması təcrübəsindən danışdı

    İlham Əliyev ölkəmizin müharibədən sonrakı təcrübəsinin digər münaqişələr üçün nümunə ola biləcəyini deyib

    Prezident İlham Əliyev Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi və müharibədən sonra sülh təklif etməsi barədə danışıb.

    Dövlət başçısı bu fikirləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı səsləndirib.

    İlham Əliyev bildirib ki, Azərbaycan BMT Nizamnaməsinə və özünümüdafiə hüququna əsaslanaraq ərazilərini işğaldan azad edib və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını öz gücü hesabına təmin edib.

    “Biz beynəlxalq hüququ, ədaləti bərpa etdik”, – Prezident qeyd edib.

    Dünyada müharibələrin davam etdiyini vurğulayan dövlət başçısı Azərbaycanın münaqişədən sonrakı mövqeyinə də toxunub.

    “Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi. Düşmən kapitulyasiya etdikdən sonra biz bundan o tərəfə getmədik, dayandıq və sülh təklif etdik”, – İlham Əliyev bildirib.

    Prezidentin sözlərinə görə, müharibə tərəfləri Azərbaycanın təcrübəsini araşdırmalı və bu təcrübədən nəticə çıxarmalıdırlar. O vurğulayıb ki, yaranmış presedent bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR