AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentdən beynəlxalq siyasətə çağırış

  • + A
  • - A
  • Bu gün, 12:13

    Prezidentdən beynəlxalq siyasətə çağırış

    “İkili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır”.

    Bunu Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

    Dövlət başçısı bildirib ki, Azərbaycan cəmiyyəti ikili standartlara qarşı sıfır tolerantlıq nümayiş etdirir və bu prinsip müharibə və münaqişələrin həllinə də şamil olunmalıdır.

    Prezidentin sözlərinə görə, ikili standartlar bəzi hallarda digər ölkələrə həyat tərzi ilə bağlı göstərişlər verilməsi formasında özünü büruzə verir.

    İlham Əliyev belə yanaşma nümayiş etdirənlərin əvvəlcə öz mövqelərini və başqalarına dərs vermək hüquqlarını nəzərdən keçirməli olduqlarını vurğulayıb.

    Dövlət başçısı müstəqil ölkələrin öz həyat tərzlərini müəyyən etmək hüququna malik olduğunu diqqətə çatdırıb. O bildirib ki, hər bir ölkə öz işlərinə diqqət yetirməli, digər xalqların daxili məsələlərinə müdaxilə etməməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR