AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılır

  • + A
  • - A
  • Bu gün, 10:27

    2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılır

    Büdcə zərfi noyabrın 5-də Milli Məclisin komitə iclasında müzakirə olunacaq.

    2027-ci ilin dövlət büdcəsi zərfi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, büdcə zərfinə daxil olan sənədlərə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 5-də keçiriləcək iclasında baxılacaq.

    Müzakirələrdə maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər dövlət qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.

    Bununla yanaşı, hökumət rəsmilərinin Milli Məclisin digər müvafiq komitələrinin iclaslarında da iştirakı nəzərdə tutulur.

    Qeyd edək ki, son proqnozlara əsasən, Azərbaycanın 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat təşkil edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR