“Respublika Diaqnostika Mərkəzi”nin səhmdarları növbədənkənar toplanır.

“Respublika Diaqnostika Mərkəzi” ASC-nin səhmdarlarının dekabrın 4-də növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Ölkə.az”ın əldə etdiyi məlumata görə, toplantının əsas səbəbi cəmiyyətin icra orqanının rəhbərliyində dəyişikliklərin edilməsi ilə bağlıdır.
Yığıncaqda 2026-cı ilin ilk 9 ayı üzrə maliyyə nəticələrinə dair hesabatın təqdim olunması və digər məsələlərin müzakirəsi də nəzərdə tutulub.
Qeyd edək ki, bir neçə gün əvvəl mərkəzin icraçı direktoru Rəşid Vəzirov əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müşaviri təyin edilib. Baş direktor vəzifəsi isə direktor müavini Azər Rəhimova həvalə olunub.
Bundan başqa, baş həkim, tibb elmləri namizədi Könül Xəlilova vəzifəsindən azad edilib. Onun yerinə mama-ginekoloq Nigar Axundova təyin olunub.
Xatırladaq ki, 2004-cü ildə dövlət qeydiyyatına alınan “Respublika Diaqnostika Mərkəzi” ASC-yə əvvəllər mərhum səhiyyə naziri Oqtay Şirəliyev rəhbərlik edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.