AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə hazırlaşır

  • + A
  • - A
  • Bu gün, 14:08

    Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə hazırlaşır

    İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı ölkənin iqtisadi göstəricilərini açıqlayıb.

    O, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, 2026-cı il 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf Strategiyasının yekun ilidir. Qarşıdakı dövr isə 2027–2030-cu illəri əhatə edən yeni inkişaf mərhələsi olacaq.

    E.Camalovun sözlərinə görə, strategiyanın nəticələrinə əsasən, 2022–2026-cı illərdə ÜDM-in orta illik artımının 2,7%, qeyri-neft-qaz sektorunun artımının isə 5,2% olacağı gözlənilir. Bu göstərici müəyyən edilmiş hədəfi üstələyir.

    O qeyd edib ki, 2019-cu ildən etibarən qeyri-neft-qaz ixracı 2,5 dəfə artıb. 2026-cı il oktyabrın 1-nə strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatıb. Bu məbləğ illik ÜDM-dən çox, xarici dövlət borcundan isə təxminən 20 dəfə yüksəkdir.

    Aparat rəhbəri əlavə edib ki, qeyri-neft-qaz sektorunun özəl sahəsində əmək müqavilələrinin sayı təxminən iki dəfə artaraq ümumi müqavilələrin 56,5%-ni təşkil edib.

    Onun sözlərinə görə, qeyri-neft-qaz sənayesi, logistika və rəqəmsal xidmətlər iqtisadi artımın əsas istiqamətlərindəndir. Özəl sektorun əsas kapitala investisiyaları 14,7 milyard manat təşkil edib ki, bu da real ifadədə 10,9% artım deməkdir. Qeyri-neft-qaz sektorunda özəl investisiyaların artımı isə 21%-ə yaxın olub.

    E.Camalov vurğulayıb ki, dövlət büdcəsi xərclərinin, xüsusilə əsaslı xərclərin ilin sonunadək tam icrası iqtisadi artım tempinə təsir edən mühüm amillərdəndir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR