İlham Əliyev Kamboca Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda dövlət başçısı öz adından və Azərbaycan xalqı adından Kamboca Kralına və ölkə xalqına səmimi təbriklərini və xoş arzularını çatdırıb.
Prezident Azərbaycan-Kamboca münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. O, Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinin dövlətlərarası əlaqələrdə yeni səhifə açdığını və əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını vurğulayıb.
İlham Əliyev Azərbaycan-Kamboca dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini bildirib.
Dövlət başçısı Kral Norodom Sihamoniyə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, Kamboca xalqına isə əmin-amanlıq və rifah arzulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.