AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ramil Usubov Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edir

  • + A
  • - A
  • Bu gün, 12:16

    img]https://azadmedia.az/uploads/posts/2026-11/1794212112_images-2.jpg[/img]

    Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin görüşünə qatılıb.

    Görüş birgə fotosessiya ilə başlayıb.

    Daha sonra Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına müraciətini oxuyub.

    Putin müraciətində mürəkkəb geosiyasi vəziyyət və dünyanın müxtəlif bölgələrində münaqişələrin kəskinləşməsi fonunda MDB məkanında təhlükəsizliyin gücləndirilməsinin vacibliyini vurğulayıb.

    O, MDB ölkələrinin təhlükəsizliyinin və suverenliyinin möhkəmləndirilməsi üçün müvafiq strukturların analitik və proqnostik potensialından tam istifadə edilməsinin əhəmiyyətini qeyd edib.

    Görüşdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan da iştirak edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR