İlham Əliyevə maraqlı sual verildi

Türkiyəli jurnalist Prezidentdən dünyanın lideri olacağı təqdirdə iqlim dəyişikliyi ilə bağlı nəyi dəyişəcəyini soruşub.
Türkiyəli jurnalist, bloger və təhlükəsizlik analitiki Hamid İhtiyar Antalyada keçirilən COP31 Liderlər Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə sual ünvanladığı anın görüntülərini paylaşıb.
O, Prezidentdən “Əgər dünyanın prezidenti olsaydınız, iqlim dəyişikliyi ilə bağlı nəyi dəyişərdiniz?” deyə soruşub.
İlham Əliyev sualı belə cavablandırıb:
“İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını və dünyamızı qorumaq üçün əlindən gələni etməsini tövsiyə edərdim”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.