AzTV-nin 70, Azərbaycan Radiosunun 100 illiyi qeyd edilib
]
Noyabrın 15-də Heydər Əliyev Sarayında Azərbaycan Televiziyası və Azərbaycan Radiosunun yubileyləri münasibətilə “Yubiley gecəsi” adlı konsert proqramı baş tutub.
AZƏRTAC-ın yaydığı məlumata əsasən, tədbiri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da izləyib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan gecədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov Prezident İlham Əliyevin yubiley təbrikini səsləndirib.
Tədbirin musiqi proqramında tanınmış sənətçilər, Xalq artistləri, Əməkdar artistlər və “Rast” qrupu iştirak ediblər. Azərbaycan Dövlət Rəqs Ansamblı və Latviyanın məşhur ifaçısı Layma Vaykule də konsert proqramı ilə çıxış ediblər.
Yubiley çərçivəsində televiziya və radio tarixində mühüm iz qoymuş aparıcılar xatirələrini bölüşüb. AzTV-nin arxiv materialları əsasında hazırlanmış filmlər və məşhur teletamaşalardan səhnəciklər tamaşaçılara təqdim olunub.
Gecə Azərbaycan Televiziyasının 100 nəfərlik xor kollektivinin və Xalq artisti Zeynəb Xanlarovanın ifası ilə sona çatıb.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.